Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:81) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 106
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan  Respublikası  Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan  Respublikası Prezidentinin  2011-ci il  16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər  edilməsi  barədə”  2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı tədbirlər və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, №11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134;  2016, № 3, maddə 437, № 5,  maddə 859, № 6, maddələr  1051,  1072;  2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 483 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1.1. aşağıdakı məzmunda 3.1.50-1-ci yarımbənd əlavə edilsin:
“3.1.50-1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək;”;
1.1.2.  3.1.52-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq;”;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndindən “məlumat bazasının təşkili,” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2019-cu il

23 2019 23:49 - FƏRMANLAR
FƏRMANLAR
17 May 2019 | 23:38
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 14 may tarixli 130 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il 24 yanvar tarixli 844 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 5 fevral tarixli 522 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 13 avqust tarixli 583 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə