Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niderland mətbuatında Xocalı soyqırımı ilə bağlı yazı dərc olunub

Niderland  mətbuatında Xocalı  soyqırımı ilə  bağlı  yazı dərc  olunub

Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun həmin ölkənin mətbuatında Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub. Yazı “Gerçək bir cəhənnəm istisi” adlanır.  Müəllif məqaləsinə belə başlayır: 

 

“Yazımı belə adlandırmağım təsadüfi deyil. İyirmi yeddi il öncə, soyuq bir qış günündə Xocalıda əsl cəhənnəm istisi var idi. 26 fevral 1992- ci ildə, havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Xocalı şəhəri cəhənnəmi xatırladırdı. Erməni-rus hərbi birləşmələri Xocalıda qırğın törətdilər. Bir gecənin içərisində 613 nəfər həyatını itirdi. Yüzlərlə insan evsiz – eşiksiz qaldı. Günahkarlar bəllidir və hər kəs də bunu bilir: Erməni-rus hərbi birləşmələri. Ancaq beynəlxalq ictimaiyyət buna əhəmiyyət vermir.
Biz azərbaycanlılar bu hadisələri soyqırımı kimi dəyərləndiririk...” 
Daha sonra müəllif Xocalı soyqırımı, bu hadisələrə gətirib çıxaran səbəblər barədə söhbət açır və Ermənistanın Azərbaycan torpaqlarını – Dağlıq Qarabağ Muxtar Vilayətini və daha yeddi rayonu işğal etdiyini, Ermənistanın Azərbaycan torpaqlarını qeyd - şərtsiz azad etməsi barədə BMT – nin dörd qətnaməsinə (nömrələri göstərilməklə) məhəl qoymamasını xüsusi vurğulayır.
Fransa Prezidenti E.Makronun qondarma erməni soyqırımını Fransanın təqviminə anım günü kimi salacaqlarını deməsini, ancaq dünya siyasətçilərinin Xocalı hadisələri barədə susduğunu qeyd edən soydaşımız bunun yanlış siyasət ­olduğunu qeyd edib.
V.Abbasov məqaləsində qeyd edir ki, Xocalı hadisələrinə diqqət yetirilməlidir. O zamandan iyirmi yeddi il keçməsinə baxmayaraq Avropa siyasətçiləri, araşdırmaçıları, jurnalistləri bu məsələ barədə susurlar. Baxmayaraq ki, bu hadisə barədə kifayət qədər fakt, şəkil, video görüntü və şahidlər var. Nə üçün Xocalı hadisələri soyqırımı kimi tanınmamalıdır? Niyə dünya siyasətçiləri bu barədə danışmaq istəmirlər?
Sonda müəllif Zori Balayanın, Davud Xeriyanın kitablarında özlərinin, ermənilərin törətdikləri vəhşilikləri, qırğınları necə qələmə aldıqlarını onların öz sözləri ilə qeyd edib. Müəllif yazısını Azərbaycan xalqının gec-tez ədalətin qələbə çalacağına inandığını yazıb.
 
 
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”
23 2019 23:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə