Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs İKT avadanlığının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs İKT avadanlığının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi. 
Tenderdə iştirak etmək istəyənlər 800 (səkkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevadan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər: 
Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs 
VÖEN- 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN- 9900003611
H/h- AZ71AIIB38090019440419396102
M/h- AZ37NABZ01350100000000001944
Kod- 200026
SWIFTBIK. AIIBAZ2X
İddiaçılar tenderdə iştirak  üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış; 
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat; 
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
İddiaçılar ilkin sənədləri 4 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 aprel 2019-cu il saat 15.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 16 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Tender komissiyası

24 2019 03:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Avqust 2019 | 13:00
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə