Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Misir iqtidarını edamları dayandırmağa çağırıb

Almaniya Misir iqtidarını edamları dayandırmağa çağırıb

Almaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı “Anadolu” agentliyinin müxbirinə bildirib ki, rəsmi Berlin Misirdə ölüm hökmlərinin sayının artmasından narahatdır. 
Almaniyalı diplomat qeyd edib ki, Berlin bu məsələ ilə bağlı Misir hökumətinin təmsilçiləri ilə müzakirələr ­aparır. Bundan başqa, Almaniya rəsmiləri beynəlxalq hüquq qurumları ilə də bu sahədə müzakirələrə başlayıb. 
Diplomat bildirib ki, Berlin dünyanın bütün ölkələrində ölüm hökmünün ləğv olunmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu, Almaniya hökuməti üçün prinsipial məsələdir. Diplomat deyib: “Almaniya Avropa İttifaqının (Aİ) digər üzvləri ilə birgə bu istiqamətdə səylərini davam etdirəcək. Məlumat üçün bildirək ki, Aİ üzvlüyünə qəbulun mütləq şərtlərindən biri də namizəd ölkələrdə ölüm hökmünün ləğv olunmasıdır. 
Xatırladaq ki, bu yaxınlarda Misirin baş prokuroru Hişam Barakatın qətlində günahkar bilinən doqquz nəfərə ölüm hökmü kəsilmişdir. Onların arasında Misirdə fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşları” təşkilatının rəhbərlərindən birinin oğlu da var.
Ölüm hökmünün icrası ərəfəsində “Amnesty International” təşkilatından olan hüquq müdafiəçiləri hökmün ləğv olunması ilə bağlı Misir hökumətinə müraciət etmişdilər. Müraciət rədd edilib. Yerli KİV yazır ki, Misir Ali Məhkəməsinin qərarı Qahirənin “İstinaf” həbsxanasında artıq icra olunub.

M.HACIXANLI, 
“Xalq qəzeti” 

23 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə