Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Van İ, Sergey Lavrov və Suşma Svarac arasında növbəti görüş

Van İ, Sergey Lavrov və Suşma Svarac arasında növbəti görüş

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti –16-cı görüşü keçiriləcək. “Sinxua” agentliyinin yaydığı məlumata görə,  görüş fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.
Məlumata görə, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.
On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

23 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin