Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın bir neçə rayonunda yollar yenidən qurulacaq

Paytaxtın bir neçə rayonunda yollar yenidən qurulacaq

Paytaxtın Binəqədi, Xəzər, Sabunçu, Xətai, Qaradağ və Nəsimi rayonlarının ərazisində, ilk növbədə, bərbad halda olan yolların yenidən qurulması nəzərdə tutulur.

Bu məlumatı verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri Saleh Məmmədov, həmçinin həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin tikintisinin başa çatdırılacağını, eyni zamanda, Bakı şəhərində məhəllələrarası yolların yenidən təmirinin planlaşdırıldığını diqqətə çatdırıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

23 2019 17:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin