Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

 “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb

Gəmiçiliyin yaydığı məlumatda deyilir ki,   “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Gəminin boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərrikin, nasosların və separatorların təmir işləri görülüb. Bununla belə, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Gəmidə elektrik-quraşdırma işləri də yerinə yetirilib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib, yenidən neft və neft məhsullarının daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

23 2019 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin