Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası fevralın 25-də Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil ediləcək.

Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətləri ilə məhsulların ixracına dair  müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə dəyirmi masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.

İxrac missiyası mart;n 1-dək davam edəcək.

 

“Xalq qəzeti”

23 2019 16:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə