Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Apple”ın mövqeyi zəifləyib

“Apple”ın mövqeyi zəifləyib

“Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib.  Bildirilir ki, son bir ildə “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi 1-ci yerdən 17-ci pilləyə düşüb. Reytinq “Fast Company” işgüzar portalı tərəfindən dərc edilib. Çinin “Meituan Dianping” startapı (yemək sifarişi üçün xidmət) reytinqdə birinci yerdə qərarlaşıb.

Ümumilikdə, reytinqdə 50 texnologiya şirkəti yer alıb. “Fast Company”nin məlumatına görə, “A12 Bionic” prosessoru 2018-ci ildə “Apple”ın əsas yeniliyi olub.

Bir il əvvəl sözügedən “ABŞ” şirkəti “iPhone X” smartfonu, əlavə edilmiş reallıq texnologiyalarının inkişafına töhfəsinə və “AirPods” qulaqcıqlarına görə innovasiyalar reytinqində birinci yeri tutub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

23 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə