Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliyada Alaq otlarını məhv edən robot hazırlanıb

Avstraliyada Alaq otlarını məhv edən robot hazırlanıb

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilir. Bu barədə “hightech.fm” saytın məlumat yayıb.

Mənbə yazır ki, “SwagBot” kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. “SwagBot” robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan “Nassella trichotoma” adlı alaq otlarını dəqiq tanıyır.

“SwagBot” robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.
 

Elçin ABBASOV,
“Xalq qəzeti”

23 2019 15:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə