Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə səfiri: Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq

Türkiyə səfiri: Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində bildirib ki, Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın kədərini bölüşür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Müharibə nəticəsində 20 min soydaşımız həlak olmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğal edilmişdir.

 

“Xalq qəzeti”

23 2019 15:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə