Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Arsenal”ın hücumçusu üç oyunluq cəzalanıb

“Arsenal”ın hücumçusu üç oyunluq cəzalanıb

İtaliyanın AS idman nəşrinin məlumatına görə, UEFA-nın İntizam Komitəsi İngiltərənin “Arsenal” futbol klubunun hücumçusu Aleksandr Lakazetti üç oyunluq cəzalandırıb.

Fransalı hücumçu UEFA Avropa Liqasında BATE-yə 0:1 hesabı ilə uduzduqları matçında rəqibə dirsək zərbəsi endirdiyi üçün diskvalifikasiyaya məruz qalıb. O, 3:0 hesablı qələbə qazandıqları cavab görüşündə iştirak etməyib. İyirmi yeddi yaşlı forvard Fransa “Renn”i ilə səkkizdəbir final qarşılaşmalarında da meydana çıxmayacaq.

Qeyd edək ki, Aleksandr Lakazett “Arsenal”a 2017-ci ilin yayında Fransanın “Lion” klubundan 53 milyon avroya keçib. Cari mövsümdə o, avrokuboklarda 4 görüşdə iştirak edib və bir qolla yadda qalıb. Həmin qolu qrup mərhələsinin sonuncu turunda Londonda “Qarabağ”ın qapısından keçirib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

23 2019 15:34 - İDMAN
İDMAN
21 May 2019 | 22:51
Bir həftədə iki mükafat
18 May 2019 | 22:28
Errera PSJ-yə keçir

Köhnə versiyamızdan xəbərləri izlə