Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reşford kimi seçəcək?

Reşford kimi seçəcək?

İngiltərə mətbuatının yaydığı məlumata görə, “Mançester Yunayted”in futbolçusu Markus Reşford “Barselona”nın maraq dairəsindədir.

Bildirilir ki, Kataloniya klubu “Real”ın da maraq dairəsində olan Markus Reşfordun adını transfer siyahısına əlavə edib.

İngiltərəli forvardın Joze Mourinyonun rəhbərliyi altında oynayarkən komandadan ayrılmaq istədiyi, amma Ole-Qunnar Sulşerin gəlişindən sonra xoşbəxt olduğu və karyerasını Premyer Liqa klubunda davam etdirmək istədiyi deyilir.

“Qırmızı şeytanlar”ın Reşford üçün 100 milyon avrodan aşağı təkliflərə baxmayacağı bildirilir.

“Mançester Yunayted”lə 2020-ci ilədək müqaviləsi olan 21 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 32 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

23 2019 15:28 - İDMAN
İDMAN
18 May 2019 | 22:28
Errera PSJ-yə keçir
14 May 2019 | 22:06
120 milyon avro təklif

Köhnə versiyamızdan xəbərləri izlə