Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Razılaşmasız “Breksit” təhlükəsi çox ciddidir”

“Razılaşmasız “Breksit” təhlükəsi çox ciddidir”

Böyük Britaniyanın Avropa İttifaqından heç bir razılaşma əldə olunmadan çıxması təhlükəsi çox ciddidir. Bu bəyanatla ölkənin Leyboristlər partiyasının lideri Ceremi Korbin Brüsseldə Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye ilə görüşdən sonra çıxış edib. Məlumatı “Daily Mail” nəşri yayıb.

O, Aİ rəsmisi ilə “Breksit”ə dair alternativ plan təklif etmək məqsədilə görüşüb. Leyboristlərin planına əsasən, Britaniya Avropa İttifaqını tərk edəndən sonra gömrük birliyində qalmalı, avrozonanın vahid bazarına çıxış saxlanılmalı, ölkə Avropa fondlarının proqramlarında iştirak etməli və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığı davam etdirməlidir. Ceremi Korbin razılaşmasız “Breksit”ə qarşı çıxdıqlarını, bunun iş yerləri və bir çox sahələri təhlükə altına atdığını deyib. Qeyd edək ki, Leyboristlərin liderinin Brüsselə səfəri Baş nazir Tereza Meyin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşündən bir neçə saat sonra baş tutub. Tereza Meyin səfəri “Breksit” razılaşmasının parlamentdə qəbul olunması üçün sənədin yenidən nəzərdən keçirilməsinə nail olmaq məqsədi daşıyıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

23 2019 15:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə