Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“DOST” mərkəzlərinin fəaliyyət dairəsi genişlənir

“DOST” mərkəzlərinin fəaliyyət dairəsi genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir.

Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur.  Nazirlik bildirir ki, 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.

Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin