Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməliyyat uğurla nəticələnmişdir

Əməliyyat uğurla nəticələnmişdir

Qan xəstəliyinin bir növü olan talassemiya daşıyıcıları və xəstələrinin müalicəsi, müayinəsi dövlət hesabına aparılır. Talassemiya Mərkəzində yaradılan hərtərəfli şərait və təchizat bunu deməyə imkan verir ki, bu tip xəstələr ciddi nəzarət altında saxlanmaqla, həm də vaxtlı-vaxtında mərkəzə müraciət edib müayinədən keçir, müalicə alırlar.

Təqdirəlayiq haldır ki, bu məsələdə özəl sektor da öz töhvəsini verir. Respublika Talassemiya Mərkəzi ilə “Caspian İnternational Hospital” arasında bağlanan humanitar əməkdaşlıq müqaviləsinə əsasən,  ehtiyac olan hallarda hospital mərkəzin xəstələrinin problemini ödənişsiz həyata keçirməyə razılıq verib.

Bu günlərdə böyük forma talassemiya xəstəsi olan, 1990-cı il təvəllüdlü Vəfadar Abuşov Alış oğlu Talassemiya Mərkəzinə müraciət edib. Müayinələr nəticəsində aydınlaşıb ki, onda cərrahi əməliyyat aparılmalıdır. Hospitala müraciət olunub və ehtiyac duyulan bir sıra cərrahi əməliyyatları Caspian İnternational Hospital öz öhdəsinə götürüb.

Belə ki "Böyük forma talassemiya, splenomeqaliya" diaqnozu ilə klinikaya daxil olan Vəfadar Abuşovun əməliyyatı Caspian İnternational Hospitalın təcrübəli ümumi cərrahı Dr. Firdovsi Rüstəmova həvalə olunub.

Cərrah Firdovsi Rüstəmovun apardığı "Laparatomiya- Splenektomiya" əməliyyatı uğurla nəticələnmişdir. Hazırda xəstənin vəziyyəti yaxşıdır və  evə yazılmışdır.


Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:01 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə