Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftın BMT-də nümayəndəsi vəzifəsinə təyin edib.

Tramp özünün "Tvitter" səhifəsində yazıb:  "Mən Kelli Kraftın - ABŞ-ın Kanadadakı səfirinin, namizədliyinin ölkəmizin BMT-də nümayəndəsi vəzifəsinə irəli sürülməsindən məmnun olduğumu bildirmək istəyirəm. Kelli böyük iş görüb, ölkəmizi təmsil edib və mən şübhə etmirəm ki, onun rəhbərliyi altında bizim ölkə yüksək səviyyədə təmsil olunacaq. Kellini və onun ailəsini təbrik edirəm".

Kelli Nayt Kraft 1962-ci ildə Kentukki ştatında Gilfoylda doğulub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ildən ABŞ-ın Knadada ilk qadın səfiri idi. Prezident Corc Buş tərəfindən 2007-ci ildə ABŞ-ın BMT-də alternativ nümayəndəsi təyin olunub və əsas diqqətini ölkəsinin Afrika məsələrində fəal iştirakına yönəldib. 2019-cu il fevralın 22-də BMT-də səfir vəzifəsinə təyin olunub.  Morhed Universitetinin fəxri doktorudur.

Kelli Nayt 2016-cı ilin aprel ayında biznesmen Co Kraftla ailə qurub. Milyarder Co Kraft Alliance Resource Partners şirkətində kömür hasilatına rəhbərlik edir. Şirkət ABŞ-da üçüncü böyük kömür hasilatçısıdır.

 

“Xalq qəzeti”

23 2019 11:49 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin