Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Gədəbəydə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Gədəbəy rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 18 sahə baytarlıq məntəqəsi vasitəsilə Gədəbəy rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında iribuynuzlu, təkdırnaqlı heyvanda xəstəliklərə qarşı profilaktik peyvəndləmə və ərazidə dezinseksiya işləri görülüb. Eləcə də aparılan tədbirlər çərçivəsində Gədəbəy rayonunun aran bölgəsində qışlayan iribuynuzlu heyvanlar arasında iti yoluxucu xəstəliklər əleyhinə peyvəndləmə tədbiri aparılıb.

Fevral ayının 10-dan isə Gədəbəy rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.

Gədəbəy rayonunda bundan sonra isə ev quşlarında və xırdabuynuzlu heyvanlarda  xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlarda xəstəliklərə görə müayinələrin aparılması nəzərdə tutulub.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 11:36 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə