Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Kitabı tanıdın, kitabla tanının!

“Azercell” IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

İnnovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan “Azercell” IV Buktreyler Festivalının əsas tərəfdaşıdır. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. 
Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasıdır.
Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik də təqdim edir. Layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru “Azercell” şirkəti “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 (bir min) azn pul mükafatı ayırmışdır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə bir min azn məbləğində mükafat qazanmaq şansını əldə edə bilər. 
Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur. İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı [email protected] email ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qailibi 1000 azn, 2-ci yerin 2 qalibi 800 azn, 3-cü yerin 3 qalibi 500 azn dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə “Azercell” şirkətinin “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 azn pul mükafatı gözləyir. Buktreylerlərin son qəbul tarixi 1 aprel 2019-cu ildir.

“Xalq qəzeti” 

22 2019 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin