Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı RİHB-in Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə xüsusi geyimlərin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Saatlı RİHB-in Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə xüsusi geyimlərin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot-1. Xüsusi geyimlərin satınalınması.
İştirak haqqı 200 manatdır.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Əlaqələndirici şəxs- Mətləb Hüseynov, telefon - (02128-5-34-06), ünvan- Saatlı şəhəri, Q.Qarayev küçəsi 5.
Saatlı YXO
H/h- AZ39 00000000000002514532
VÖEN- 6700012601
Bank- “Kapital Bank”ın Saatlı rayon filialı
Kod- 200598
VÖEN- 9900003611
M/h- 0137010001944
S.W.İ.F.T.B.İ.K. AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün 5 aprel 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
-iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.
İddiaçılar tender təklifini və bank zəmanətini 15 aprel 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, Q.Qarayev küçəsi 5 nömrəli ünvanda yerləşən Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 16 aprel 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

23 2019 03:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin