Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökuməti istefaya göndərib. Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, baş nazirin birinci müavini Əsgər Mamin müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək. Məlumatı “Lenta.ru” verib.

Nazarbayev bildirib ki, ötən illərdə ölkədə sosial-iqtisadi vəziyyət sabit olub və bu, müsbət məqamdır. Lakin hazırkı dövr üçün hökumətin fəaliyyəti qaneedici deyil. “Hökumətin qərarlarına, qəbul edilmiş qanunlara baxmayaraq, iqtisadiyyatın bir çox istiqamətində müsbət dəyişikliklər əldə olunmayıb. ÜDM-in artımı əsasən təbii ehtiyatlar sayəsində əldə edilir. Lakin hökumət Milli Bankla birgə iqtisadiyyatın artımı üçün real stimullar və alətlər yarada bilməyib”, – deyə Nazarbayev qeyd edib.
Onun sözlərinə görə, indiyədək hər bir hökumət üzvünə və icra orqanı başçısına dəfələrlə göstəriş verib ki, əhalinin gəlirlərinin və rifahının artması əsas prioritetdir: “Lazım olan bütün dövlət proqramları, o cümlədən sənaye, sosial sfera, infrastrukturun inkişafı, səhiyyə və təhsil üzrə proqramlar qəbul edilib. Bu layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılıb. Lakin iş sistemli şəkildə qurulmayıb. Əhalinin real gəlirləri artmayıb. Ailə büdcələrinin ərzaq məhsullarına xərci isə artıb. Hökumət üzvləri, nazirlər, yerli hakimiyyət orqanları əhali ilə işləyə bilmir, onların problemlərinə qulaq asmır və insanlara kömək etmirlər. Bu şəraitdə mən Prezident kimi xalqımızın maraqlarını nəzərə alaraq, hesab edirəm ki, hökumət istefaya getməlidir”.
Qazaxıstan Prezidenti deyib ki, yeni hökumət insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, strateji məsələlərin həyata keçirilməsi üçün lazımi addımlar atmalıdır. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə