Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sammiti 2600-dək jurnalist işıqlandıracaq

Sammiti 2600-dək jurnalist işıqlandıracaq

Birləşmiş Ştatlarla Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin Vyetnamın paytaxtı Hanoyda baş tutacaq sammitini işıqlandırmaq üçün, təxminən, 2600-dək jurnalist akkreditasiyadan keçib. Bu barədə “Sinxua” informasiya agentliyi məlumat yayıb.
Mənbə yazır ki, Vyetnam xarici işlər nazirinin müavini Le Hoay Çunq məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, jurnalistlərin sammitdə uğurlu fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, Vyetnamın Baş naziri Nquen Suan Fuk nazirliklərə və müvafiq qurumlara ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş zamanı təhlükəsizliyin təmin olunması və tədbirin yüksək səviyyədə işıqlandırılması üçün jurnalistlərə lazımi şəraitin yaradılmasını tapşırıb. 
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
Qeyd edək ki, liderlərin ikinci görüşü fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində olacaq. Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, iki lider təkbətək görüş keçirəcək, birlikdə nahar edəcək, həmçinin nümayəndə heyətlərinin geniş formatda danışıqlarına qatılacaq.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

22 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə