Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mühafizəkarlar Tereza Meyə qarşı

Mühafizəkarlar Tereza Meyə qarşı

“Dail Mail” nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyanın 100 mühafizəkar deputatı Baş nazir Tereza Meyi “Breksit” prosesini təxirə salmağa məcbur etməyi planlaşdırır.
“The Daily Telegraph” nəşri isə yazır ki, qanunvericilər Birləşmiş Krallığın Avropa İttifaqını (Aİ) sazişsiz tərk etməsinin qarşısını almaq üçün xüsusi qrupda birləşiblər. Onlar artıq Tereza Meyə Aİ rəhbərliyi ilə saziş əldə olunmayacağı təqdirdə ona qarşı çıxacaqları barədə xəbərdarlıq da ediblər.
Qeyd edək ki, bu həftə növbəti dəfə Brüsselə gedən Böyük Britaniyanın Baş naziri Londona sərf edən şərtlər barədə danışıqlar aparmağa çalışıb. Lakin vaxt daralır, həll olunmayan məsələlər isə çoxdur. Belə ki, rəsmi London Aİ-ni 35 gündən sonra tərk etməlidir.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən “Breksit” üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasına səs verib. Lakin ötən il noyabr ayının ortalarında “Sky News” telekanalının keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, əhalinin 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

22 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə