Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyyar vergi yoxlamaları 3,4 dəfə azalıb

Səyyar vergi yoxlamaları 3,4 dəfə azalıb

Vergilər Nazirliyi 2018-ci ildə aparılmış auditin nəticələrini açıqlayıb. Belə ki, ötən il ümumilikdə 1707 səyyar vergi yoxlaması təyin edilib, onlardan 1703-ü başa çatdırılıb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, 2017-ci illə müqayisədə ötən il səyyar vergi yoxlamalarının sayı 3,4 dəfə azalıb, həmin il 5778 belə yoxlama həyata keçirilib.

Yoxlamaların sayının azalması ilə hesablanan əlavə vəsaitlərin məbləği də aşağı düşüb. Auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsaitin məbləği isə 2 dəfə artıb. Əgər əvvəl hər yoxlamaya 136,3 min manat düşürdüsə, 2018-ci ildə bu rəqəm 273,5 min manata bərabər olub. Yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği isə 1,7 dəfə azalıb.

Keçən il həmin vəsaitin həcmi 465,7 milyon manat təşkil edib, 2017-ci ildə isə əlavə hesablanmış məbləğ 787,8 milyon manat olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 18:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə