Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaxın zamanda Bakının Baş Planının hazırlanması üçün texniki işlərə başlanılacaq

Yaxın zamanda Bakının Baş Planının hazırlanması üçün texniki işlərə başlanılacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, hazırda Bakının Baş Planının hazırlanması üzərində iş aparılır. Bununla əlaqədar beynəlxalq tender elan edilmişdir. Tender üzrə elan olunmuş təkliflərin qəbul edilmə müddəti bir neçə gün öncə başa çatıb.

A.Quliyev vurğulayıb ki, tender dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin marağına səbəb olub: “Yaxın müddət ərzində təkliflərə baxılacaq və qalib müəyyənləşdiriləcək. Bundan sonra Baş Planının hazırlanması üçün texniki işlərə başlana bilər”.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 18:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə