Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin banklardakı əmanətləri 8 milyard manatdan çoxdur

Əhalinin banklardakı əmanətləri 8 milyard manatdan çoxdur

2019-cu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat təşkil edib.

Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 24,1 faiz artıb, onların əhaliyə aid bank əmanətlərinin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 33,5 faizdən 37,5 faizədək yüksəlib.

Xarici valyutada olan əmanətlər 2018-ci il yanvarın 1-i ilə müqayisədə 4,1 faiz artıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 18:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin