Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan şirkəti Həştərxan vilayətində logistika qovşağı yaradır

Azərbaycan şirkəti Həştərxan vilayətində logistika qovşağı yaradır

Azərbaycanın “KDY Logistics” logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.

Şirkətin nümayəndəsi Cavanşir Məmmədov qeyd edib ki, bu, regionumuz vasitəsilə meyvə-tərəvəzin daşınma həcmini artırmaq üçün vacibdir.

O əlavə edib: “Biz 1 milyon ton meyvə-tərəvəzi və digər yükləri həmin dəmir yolu qovşağı ilə ixrac etməyi, eləcə də əks istiqamətdə idxalı planlaşdırırıq. Bu məqsədlə investisiyalarımız 2 milyard rubl təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan Rusiya bazarlarına meyvə-tərəvəz tədarükü sahəsində əsas yeri tutur.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 18:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə