Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözdən əlillərin Cəlil Məmmədquluzadə irsinə böyük marağı

Gözdən əlillərin Cəlil Məmmədquluzadə irsinə böyük marağı

Bugünlərdə Gözdən Əlillərin Respublika Mərkəzi Kitabxanasında böyük demokrat, görkəmli yazıçı-dramaturq  və publisist Cəlil Məmmədquluzadənin 150 illik  yubileyinə həsr olunmuş oxucular konfransı keçirilib.

Məclisin təşkilatçısı olan kitabxananın metodisti Mahirə Şəmsiyeva Cəlil Məmmədquluzadənin  xalqa xidmətdə keçmiş həyatı,  zəngin yaradıcılığı, milli oyanış və xalqın maariflənməsindəki misilsiz rolundan söz açıb, gözdən əlilərin realist ədibin irsinə marağının zaman keçdikcə daha da artmasını vurğulayıb.

Sonra Əməkdar jurnalist Tahir Aydınoğlu böyük Mirzə Cəlilin adı ilə bağlı, azərbaycançılıq ideologiyasının mötəbər qaynaqlarından biri sayılan mollanəsrəddinçilik cərəyanının mahiyyəti, ədibin milli-məfkurəvi irsinin yeni nəsillərin milli ruhda tərbiyələnməsində əvəzsiz bir xəzinə olması barədə oxuculara ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

 AMEA-nın elmi işçisi Sübhan Məmmədov, şair Eldar Həsrət, 38 saylı musiqi məktəbinin müəllimi Babək Məhərrəmoğlu və 5 saylı fiziki qüsuru olan uşaqlar üçün tam orta internat məktəbinin kitabxanaçısı Rövşən İgidəliyev də öz çıxışlarında Mirzə Cəlilin zəngin yaradıcılığına dair fikirlərini səsləndiriblər.

Konfransda Cəlil Məmmədquluzadənin həmişəyaşar irsinin çağdaş nəsillərin məfkurəvi tərbiyəsində rolu ətrafında geniş diskussiya aparılıb.

 

T.TURAN,
“Xalq qəzeti”

22 2019 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə