Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda canavar kəndə basqın edib

Ağdaşda canavar kəndə basqın edib

Son vaxtlar ölkənin dağlıq və dağətəyi bölgələrdə canavarların yaşayış məntəqələrinə hücumu və ziyankarlığı ilə bağlı hadisələr artıb. Bir neçə halda çöl-bayırda olan uşaqlar və təsərrüfüt adamları yırtıcı heyvanın hücumundan xilas ola biliblər. Ev heyvanları isə canavarların dişlərindən və çaynağından qurtulmaqda acizdir.

Növbəti  belə hadisə Ağdaş rayonunun Yenicə kəndində baş verib. Kənd sakini Nemət Şirinov  sürüsünü çöldə  otararkən pusquda durmuş canavar qəflətən qoyunlara hücum edib. Amansız vəhşi ani olaraq 3  qoyunu parcalayaraq öldürüb, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.

Xatırladaq ki, canavarlar bu yaxınlarda Ağdam rayonunun Çəmənli kəndinə də basqın etmiş, kənd müəllimi Rafiq Aclanovun tövləsinə girərək, 5 qoyunu parçalamış, 4-ü isə yaralamışdı.

 

R.TAHİR,
“Xalq qəzeti”

22 2019 17:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə