Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN sözçüsü: İtaliya 24-cü ölkə oldu...

XİN sözçüsü:  İtaliya 24-cü ölkə oldu...

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva İtaliyanın  ATƏT PA-nın  İpək Yoluna Dəstək Qrupuna üzvlüyə qəbul edilməsi ilə bağlı  fikirlərini tvitter səhifəsində bildirib: “Təbriklər. İtaliya ATƏT PA-da İpək Yoluna Dəstək Qrupuna üzv olan 24-cü ölkə oldu. O effektiv platforma olaraq, qarşılıqlı səmərəli və iqtisadi və ticarət layihələrini reallaşdırmaq üçün Qrupun səylərini dəstəkləyir”.

Qeyd edək ki, Avstriyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupundakı nümayəndə heyətinin təşkilatçılığı ilə Vyana şəhərində Qrupun tədbiri və 5-ci iclası keçirilib. ATƏT PA-nın  İpək Yoluna Dəstək  Qrupunun  5-ci iclasında İtaliyanın qrupa üzvlüyünə dair müraciəti səsə qoyulub və  İtaliya yekdilliklə üzvlüyə qəbul edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2019 17:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə