Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən növbəti görüş Göyçay, Goranboy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Balakən, Zaqatala, Şəki və Qax rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə keçirilib.

Nazirliyin mütəxəssisləri sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, yüksək məhsuldarlığın əldə olunması yolları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edərək sahibkarlara müvafiq tövsiyələr verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə sahibkarlara nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlar verilib, yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.  

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

22 2019 17:44 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə