Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 23-də gözlənilən hava şəraiti

Fevralın 23-də  gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 23-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq

gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlıq

Fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

22 2019 17:43 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə