Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən  məlumat verilib.

Bu haqda  Azərbaycan Hotel Assosiasiyasının regionlara səfəri çərçivəsində Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada  görüş zamanı qeyd olunub.

Tədbirdə həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumları - Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaqdır.

Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcəkdir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2019 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin