Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmadəddin Nəsimiyə həsr olunan qəzəl müsabiqəsi keçirilib

İmadəddin Nəsimiyə həsr olunan qəzəl müsabiqəsi keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Təhsil şöbəsi ilə birgə şagirdlər arasında qəzəl müsabiqəsi elan edib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, Kürdəmir rayon Mədəniyyət Mərkəzində “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu quş dilidir, bunu Süleyman bilir ancaq.” adlı qəzəl müsabiqəsinin yekun turu keçirilib. Tədbirdə N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsindən, eləcə də türkdilli xalqların ədəbiyyatının inkişafına təsirindən danışıb.

Daha sonra müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənilib, münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.

Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva birinci, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova ikinci, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva isə üçüncü yerə layiq görülüblər.

Qaliblər Fəxri fərmanlarla mükafatlandırılıblar.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti

22 2019 15:55 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə