Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə vəziyyət elan olundu

Fövqəladə vəziyyət elan olundu

Azmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, hadisə Çinin Tienc şəhərində baş verib.

Tienc bələdiyəsi rayonda Cümə axşamına qədər davam edəcək olan hava kirlənməsi ilə bağlı fövqəladə vəziyyət elan edib.

Vəziyyət ilə əlaqədar olaraq uşaqlara, ürək və ağciyər xəstələrinə, allergiyası olanlara açıq havaya çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Orta məktəblər, bağçalar, və bir çox müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu hal Çinin bəzi şəhərlərində sənayenin intensiv inkişafı ilə əlaqədar olaraq 2014-cü ildən bəri təkrarlanır.

Qeyd edək ki Çində hər il 1.6 milyon insan havanın ekoloji çirklənməsi ilə bağlı yoluxduğu ağciyər və nəfəs yolları xəstəliyindən həyatını itirir.

Kömür elektrik stansiyalarının burada çox olması ekoloji çirklənməyə, havada sağlamlığa zərərli maddələrin yayılmasına təsir göstərən əsas amillərdəndir.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

22 2019 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə