Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib

Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib. Sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.

Ümumilikdə 50-dən cox iri şirkət və müəssisənin iştirak etdiyi tədbirdə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə tələbə və məzunlar məlumatlanıblar. İşəgötürənlərin nümayəndələri tələbə və məzunlardan CV qəbul ediblər.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 15:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin