Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu gün-- 22 fevral 2019-cu il tarixində saat 11:00-da Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək. 

Nazir Cəlilabad, Neftçala, Biləsuvar və Salyan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 14:53 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə