Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

ABŞ-ın hərbi sənaye korporasiyası "Lockheed Martin" yalnız Hindistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş "F21" qırıcı təyyarəsini təqdim edib.

Yeni təyyarənin videosu korporasiyanın "Youtube" kanalında yerləşdirilib.

Şirkətin press-relizində bildirilir ki, təyyarə Hindistanda "Tata" korporasiyası ilə birgə yığılacaq və istehsal ediləcək, lakin təyyarənin detallaranın bir hissəsi ABŞ-dan gətiriləcək. F-21 təyyarələri dördüncü nəsil F-16V Block 70 qırıcılarının yeni versiyasıdır. 

Qeyd edək ki, "Lockheed Martin" ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika istehsal edən əsas korporasiyadır. "Lockheed Martin Aeronautics" şirkətinin bölmələri ABŞ Hərbi Hava Qüvvələri üçün "C-130 Hercules", "F-16 Fighting Falcon" , "F-22A Raptor", "F-35 Lightning II", "P-3 Orion" təyyarələri və digər texnika istehsal edir.

 

“Xalq qəzeti”

22 2019 10:42 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin