Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Suriyada 200 nəfərdən ibarət sülhməramlı kontingent saxlayacaq

ABŞ Suriyada 200 nəfərdən ibarət sülhməramlı kontingent saxlayacaq

ABŞ Suriyadan ordusunun çıxarılmasından sonra bu ölkədə 200 hərbçidən ibarət "kiçik sülhməramlı kontingent" saxlamaq niyyətindədir.

"Reuters" agentliyinin verdiyi məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

Açıqlamada bildirilir: "Təxminən 200 nəfərdən ibarət kiçik sülhməramlı kontingent bir müddət Suriyada qalacaq".

Sara Sanders vurğulayıb ki, “İslam dövləti” üzərində qələbə qazanılıb, Suriyada bizim əsas məqsədimiz terror qruplaşmalarına qarşı mübarizə aparmaqdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 19-da amerikalı hərbçilərin Suriyadan çıxarılması barədə qərar qəbul edib. Hazırda ABŞ-ın Suriyada  2000 nəfərlik hərbi kontingenti var.

 

“Xalq qəzeti”

22 2019 10:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə