Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 57  Bakı şəhəri, 18 fevral 2019-cu il


“Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin

 

SİYAHISI

 

Sıra №-si

Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə (XBT-10) kodu

Xəstəliklərin adı

1

2

3

1.

A15

Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi

2.

F00

Alsheymer xəstəliyi zamanı demensiya

3.

F01

Vaskulyar demensiya

4.

F02

Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya

5.

F03

Dəqiqləşdirilməmiş demensiya

6.

F06.0

Üzvi hallyüsinoz

7.

F06.1

Üzvi-katatonik hal

8.

F06.2

Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu

9.

F07.0

Üzvi mənşəli şəxsiyyət pozuntusu

10.

F10

Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları

11.

F11

Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları

12.

F12

Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları

13.

F14

Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları

14.

F16

Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları

15.

F20

Şizofreniya

16.

F22

Xroniki sayıqlama pozuntuları

17.

F31.1

Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu

1

2

3

18.

F31.2

Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu

19.

F31.4

Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu

20.

F31.5

Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu

21.

F33.3

Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod

22.

F60.0

Şəxsiyyətin paranoid pozuntusu

23.

F60.2

Şəxsiyyətin dissosial pozuntusu

24.

F60.3

Şəxsiyyətin emosional davamsız pozuntusu

25.

F60.4

Şəxsiyyətin isterik pozuntusu

26.

F63.0

Azartlı oyunlara patoloji meyil

27.

F63.1

Yanğına patoloji hərislik (piromaniya)

28.

F63.2

Oğurluğa patoloji hərislik (kleptomaniya)

29.

F65

Seksual seçimin pozuntusu

30.

F98.5

Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)

31.

H90.5

Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi  (xüsusi təhsil müəssisələri istisna olmaqla)

32.

J38.0

Səs büküşlərinin və qırtlağın iflici

33.

H54.0

Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)

34.

H54.1

Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin