Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu ildə ilk iclası keçirilib. 
Fonddan bildiriblər ki, iclasda Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülən işlər barədə hesabat təqdim olunub. 
Sonra Gənclər Fondunun 2019-cu il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin Gənclər Fondunun maddi-texniki bazası əsasında yeni fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş planı və strukturu müzakirə olunub. 
İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

AZƏRTAC

21 2019 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin