Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Levan ÇİXEİDZE: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır

Levan ÇİXEİDZE: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır

Xocalıda törədilən cinayət bir millətə qarşı soyqırımıdır. Bu faciəyə bütün dünya ictimaiyyəti, o cümlədən Gürcüstan dövləti qiymət verməlidir. Cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar.
Bu sözləri müsahibəsində  gürcü politoloq Levan Çixeidze söyləyib.
O deyib ki, Qafqazda sülhə nail olmaq üçün münaqişələr öz ədalətli həllini tapmalıdır. Dünya ictimaiyyəti bunun üçün bütün səyləri birləşdirməli, işğalçı ölkələrə qarşı birgə mübarizə aparılmalıdır. Bu cür cinayətlərin təkrar olunmaması üçün biz də öz sözümüzü deməliyik. Gürcüstan parlamenti Xocalı soyqırımının tanınması ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizə dost və qardaş olan bir xalqın başına gətirilənlərə biganə qala bilmərik.

Xətayi ƏZİZOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

21 2019 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə