Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təqaüdlərin artırılması dövlətimizin təhsil sahəsinə qayğısının təcəssümüdür

Təqaüdlərin artırılması dövlətimizin təhsil sahəsinə qayğısının təcəssümüdür

Bildiyimiz kimi, Prezident İlham Əliyev “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi nəzərdə tutulur. Bu,  600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artması deməkdir. 
Sərəncamla bağlı Bakı Dövlət Universitetinin tarix fakültəsi magistratura pilləsinin 1-ci kurs tələbəsi Aytəkin Yusifli  redaksiyamıza fikirlərini bildirdi:
– Dövlət başçısı cənab İlham Əliyevin son sərəncamını Azərbaycan gəncliyinə, təhsil, elm sektoruna qayğının növbəti təzahürü hesab edirəm.  Bu sərəncam ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılmış uğurlu addımdır. Dövlət başçımızın növbəti qayğısı tələbə-gənclərin sonsuz sevincinə səbəb olub. Bu, təhsil sahəsinə marağın artması üçün mühüm təkandır. 
Hamımıza məlumdur ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdü verilir. Bundan əlavə, qəbul göstəriciləri yuxarı olan tələbələrə də təqaüdlər ayrılır. Gənclər üçün Prezident təqaüdünün təsis edilməsi də bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Hazırda  bir tələbənin təhsil alması üçün ailəsindən gələn dəstəkdən əlavə, yaxşı təqaüdün verilməsi mütləq zəruridir. Bu baxımdan, son fərman və sərəncamlar tam yerində və zamanında atılmış addımdır. Tələbələrin sosial rifahının yaxşılaşdırılması hazırkı dövrdə ehtiyac duyulan məsələdir. 

Anar TURAN, 
“Xalq qəzeti”

21 2019 23:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə