Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin” “Analitik Ekspertiza Mərkəzi” MMC 2019-cu ildə laboratoriya avadanlıqlarının, laboratoriya avadanlıqları üçün ehtiyat hissələrinin, reaktiv və digər laborator ləvazimatların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin” “Analitik Ekspertiza Mərkəzi” MMC  2019-cu ildə laboratoriya avadanlıqlarının, laboratoriya avadanlıqları üçün ehtiyat hissələrinin, reaktiv və digər laborator ləvazimatların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot-1. Laboratoriya avadanlıqlarının satınalınması.
Lot-2.Laboratoriya avadanlıqları üçün ehtiyat hissələrinin satınalınması.
Lot-3. Reaktiv və digər laborator ləvazimatların satınalınması.
Avadanlıqların alınması müddəti –2019-cu il ərzindədir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu ,Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi “MMC-dən (əlaqələndirici şəxs- Xəlilov Vüqar İlqar oğlundan, telefon- (596-05-20) ) ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 300 manatdır.
Təşkilat- “Analitik Ekspertiza Mərkəzi” MMC
Hh- AZ95IBAZ38090019449693913207
VÖEN- 1300805451
Bank- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı
Kod- 805614
VÖEN- 9900001881
M/h - AZ03NABZ01350100000000002944
S.W.I.F.T- BIK İBAZAZ 2X
 İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə ­olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial təsdiq olunmuş halda);
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il martın 14-ü saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il aprelin 1-i saat 17.00-a qədər, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-yə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-cu il aprelin 2-si saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

22 2019 03:22 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə