Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Türkiyə terror yuvalarını dağıtmaqda israrlıdır

Hulusi Akar: Türkiyə terror yuvalarını dağıtmaqda israrlıdır

Türkiyə Münbiçdə və Fəratın şərqində terror yuvalarını tamamilə məhv etməkdə qərarlıdır. Belə bir bəyanatla müdafiə naziri Hulusi Akar Hakkari əyalətində çıxış edib. Məlumatı “Anadolu” agentliyi yayıb. 
“Bizim Silahlı Qüvvələrimiz bunun üçün hərtərəfli hazırlıq işləri görüblər. Vaxtı çatanda lazımi addımlar atılacaq və bununla da YPG tərəfindən ölkəmizin sərhədləri və xalqımız üçün təhlükələrə son qoyulacaq”, - deyə Akar bildirib. 
Nazirin sözlərinə görə, Türkiyə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır: “Bizim bütün addımlarımız xalqımızı və sərhədlərimizi qorumağa yönəlib. Başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz Suriya və İraqın da ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Hazırda bizim bu qonşularımız düşdükləri vəziyyətlə əlaqədar terrorizmə qarşı mübarizə apara bilmirlər. Ona görə də bunu biz edirik”. 
Akar xatırladıb ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları regionda sülhün təminatına böyük töhfə verib. Bu əməliyyatlar beynəlxalq hüquq normaları, o cümlədən, dövlətlərin özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. “Türkiyə regionda hansısa etnik qruplara deyil, terror qruplaşmalarına qarşı mübarizə aparır. Bizim etnik və dini qruplarla heç bir problemimiz yoxdur. Kürd qardaşlarla da bizi möhkəm tellər bağlayır, illərlə duz-çörək və ümumi coğrafiyanı bölüşmüşük”.   
H.Akar dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə birgə ABŞ-a səfəri ərəfəsində bəyan edib ki, bu ölkənin müdafiə nazirinin müavini Patrik Şenaxenlə və digər rəsmilərlə görüş zamanı da ilk növbədə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

21 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə