Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liderlərin görüşü ilə bağlı planlar dəyişib

Liderlərin görüşü ilə bağlı planlar dəyişib

“Sinxua” agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar və Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) liderləri Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoy şəhərində keçiriləcək sammit iki gün deyil, bir gün ola bilər.
Mənbə qeyd edir ki, bu barədə Vyetnam və ABŞ siyasi dairələrindəki bir neçə mənbə məlumat yayıb. Qeyri-rəsmi məlumatlara  görə, planlar dəyişib və çox güman ki, Kim Çen In və Donald Tramp yalnız birgünlük görüşlə kifayətlənəcək.
Bu versiyanı ABŞ nümayəndə heyətinin Hanoya səfər planı da təsdiq edir. Sənədə əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüş keçirəcək, Kim Çen Inla danışıqlar isə növbəti gün baş tutacaq.
Ekspertlərin plan dəyişikliyinin səbəbləri barədə fikirləri isə müxtəlifdir. Bəziləri düşünür ki, bu, ABŞ və KXDR-in nüvəsizləşdirmə ilə bağlı razılığa nail olmadığı mənasına gəlir. Digər mütəxəssislər isə, əksinə, hesab edirlər ki, ilkin məsləhətləşmələr zamanı bütün məsələlərdə razılıq əldə olunub və bu səbəbdən dövlət başçıları yalnız saziş imzalamaq üçün bir araya gələcək.

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

21 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin