Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistana məxsus taktiki PUA məhv edilib

Ermənistana məxsus taktiki PUA məhv edilib

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

 

“Xalq qəzeti”

21 2019 16:29 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin