Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran hərbi-dəniz təlimləri keçirir

İran hərbi-dəniz təlimləri keçirir

İran Hörmüz boğazında və Hind okeanının şimalında hərbi təlimlərə başlayıb.

Hərbi təlimlərin açılış mərasimində İran ordusu Hərbi Dəniz Qoşunları komandanı admiral Hüseyn Xanzadi bildirib ki, hərbi təlimlərdə bəzi vasitələrdən ilk dəfə istifadə olunacaq və sualtı gəmidən ilk dəfə atəş açılacaq.

Təlimin keçirilməsində əsas məqsəd lazım gələrsə,  Hörmüz boğazı vasitəsi ilə  neft daşımalarının qarşısını almaq üçün İran ordu və donanmasının imkanlarını nümayiş etdirməkdir. Üç gün davam edəcək hərbi təlimlərdə sualtı qayıqlar, hərbi gəmilər, müşahidə vertolyotları və vətəyyarələri də iştirak edəcəklər.

Təlimlər suda 2 milyon kv.km ərazini əhatə edəcək. Xatırladaq ki, İran körfəzi ölkələrinin satdığı neftin üçdə biri Hörmüz boğazı vasitəsilə daşınır.

 

“Xalq qəzeti”

21 2019 16:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin