Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə Elm günü keçiriləcək

Gəncədə Elm günü keçiriləcək

Azərbaycan Milli  Elmlər  Akademiyasının  Gəncə Bölməsində  27 mart – Elm günü  münasibətilə elmi- praktik  konfrans  keçiriləcək. Konfransda  Bölmənin aparıcı  mütəxəssisləri, Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat  institutlarının və   ali təhsil müəssisələrinin  rəhbərləri, tədqiqatçı  alimlər  və bu  gün elmin müxtəlif  sahələrində  elmi  araşdırmalar aparan  gənc  alimlər  iştirak edəcəklər.          

Bölmənin mətbuat  xidmətindən verilən məlumata  görə  tədbirin  keçirilməsinə  hazırlıq  məqsədilə xüsusi  təşkilat  komitəsi   yaradılmışdır.  Komitənin tərkibinə Bölmənin şöbə müdirləri, aparıcı  elmi  mütəxəssislər  daxildirlər.Tədbirdə ölkə  başçısının elmin inkişafına  göstərdiyi daimi diqqət və qayğı, bu inkişafın   tarixi  mərhələləri, Gəncə alimlərinin əldə etdikləri nailiyyətlər,  elm və istehsalatın qarşılıqlı əlaqəsi, səmərəli elmi  araşdırmalarının nəticələrinin tətbiqinin  ölkəmizin gələcək inkişaf  dinamikasının  sürətləndirilməsində rolu və digər  mövzularda    məruzələr  dinləniləcək.  Gənc  tədqiqatçı-alimlərin çıxışları da nəzərdə tutulur. Konfrans iştirakçıları üçün  Gəncədə elmin inkişafının tarixi, bu  günü  və perspektivlərindən  bəhs  edən  sənədli  video-çarx nümayiş etdiriləcək.                                                                

Qarşıdakı günlərdə   elmin  populyarlaşdırılması,  gənclərin elmi-tədqiqat  işlərinə cəlb edilməsi və sair   mövzularda     müxtəlif  tədbirlər keçiriləcək, sərgilər təşkil olunacaq.   

Tədbirə hazırlıqla əlaqədar keçirilən yığıncaqda bölmənin sədri, akademik Fuad Əliyev çıxış edərək demişdir ki, Elm gününin məzmunlu və yaddaqalan olması üçün bütün zəruri imkanlardan istifadə olunmalıdır.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri                                                                               

21 2019 15:51 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin