Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü 20 fevral 2019-cu il tarixində Sabirabad və Ağcabədi rayonlarında keçirib.

Görüşdə Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Bərdə rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib. 

Digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

 

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”

21 2019 15:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə